İran Prezidenti Məsud Pezeşkian Tehranın qonşu ölkələrlə münasibətlərinin yaxşılaşmasından danışarkən, Azərbaycanla əməkdaşlığı xüsusi qeyd edib. 

“AzPolitika” xəbər verir ki, jurnalistlərlə keçirdiyi mətbuat konfransında Fars Xəbər Agentliyinin müxbiri Pezeşkiana qonşu ölkələrlə bağlı sual verib.

Pezeşkian cavabında ABŞ və İsrailin İrana qarşı 12 günlük müharibəsi zamanı Tehran və Bakı arasında müəyyən çətinliklər yarandığını bildirib: 

“Azərbaycan əvvəllər bir neçə marşrutu bağlamışdı və bir İran bankının fəaliyyəti dayandırılmışdı. Lakin vəziyyət danışıqlardan sonra həll olunub. Onlar ehtiyac duyduğumuz hər şeydə bizə kömək etdilər. Telefonla danışdıq, iki saat ərzində yenidən açıldı. Bank da açıldı, səfirlik də açıldı, yol da açıldı.

Azərbaycan savaş zamanı bizə çox kömək olduu, yardım etdi. Müharibə zamanı onlar müxtəlif istiqamətlər üzrə bizə əhəmiyyətli dərəcədə kömək edirdilər.

İstər Rusiyaya tədarüklər, istərsə də öz tədarükləri olsun; onlar bizi müşayiət edir və ehtiyac duyduğumuz hər şeydə bizə kömək edirdilər

İrana qarşı blokada var, siz bilirsiniz bu təchizatlar haradan gəlir?

Bir çox məsələləri deməməyimizin səbəbi odur ki, bu xəbərlər kənara çıxanda (ABŞ və İsrail) gəlib başqa cür qarşısını alırlar".

İran Prezidenti həmçinin qeyd edib ki, müharibədən bəri Tehranın qonşu dövlətlərlə münasibətləri ümumiyyətlə yaxşılaşıb. O əlavə edib ki, Pakistan, Əfqanıstan və Türkmənistan İrana kömək göstərir, Rusiya və İraq da ölkəyə "yaxşı kömək" edib.


C.Məmmədli

“AzPolitika.info”