Yay mövsümündə bir çox ailənin üz tutduğu çimərliklərin faydası ilə yanaşı, zərərləri də az deyil. Belə ki, son zamanlar müxtəlif infeksiyalara yoluxma halları artıb. Buna səbəb kimi isə dəniz suyu qeyd edilir.
"AzPolitika" xəbər verir ki, mövzu ilə bağlı Pravda.az-a açıqlama verən pediatr Vaqif Qarayevin sözlərinə görə, dəniz suyundan infeksiyaya yoluxma baş verə bilər.
Onun sözlərinə görə, bu, ən çox rotaviruslar və bağırsaq infeksiyalarıdır:
“Çirkli sulardan şikayətlər var. Bunun da səbəbi dəniz suyudur. Rəsmilər, aidiyyatı qurumlar, demək olar, tez-tez deyirlər ki, hansı çimərliklərdə su çirklidir ora getmək olmaz. Amma buna baxmayaraq hamı da gedir və bakteriyalara yoluxma halları olur. İlkin əlamətləri isə yüksək hərarət, qusma, ishaldır. Aparılan müalicənin əsas məqsədi qusma və ishal nəticəsində yaranan susuzlaşmanın qarşısını almaqdır. Kiçik yaşlı uşaqlarda ciddi ağırlaşma halları da müşahidə edilir. Bu səbəbdən tövsiyə edilir ki, icazə verilməyən çimərliklərə gedilməsin”.

Şərhlər