“Numbeo” portalının Həyat Keyfiyyəti İndeksi üzrə 2026-cı il reytinqində ölkələrin göstəriciləri açıqlanıb. Reytinq həyat səviyyəsinə təsir edən müxtəlif amillər, o cümlədən alıcılıq qabiliyyəti, təhlükəsizlik, səhiyyə, yaşayış xərcləri, mənzil qiymətləri, çirklənmə və iqlim kimi göstəricilər əsasında formalaşdırılıb.

"AzPolitika" xəbər verir ki, siyahıya 205,6 indekslə Niderland başçılıq edir. İkinci yerdə 204,8 indekslə Lüksemburq, üçüncü yerdə isə 203,9 indekslə Danimarka qərarlaşıb. Eyni göstərici ilə Oman da dördüncü pillədədir.

İlk onluqda həmçinin İsveçrə, Finlandiya, Avstriya, İslandiya, Almaniya və Norveç yer alıb.

Azərbaycanın göstəricisi isə 111,7 indeks təşkil edib. Bununla yanaşı, Ermənistan 128,2, Gürcüstan 126,4, Rusiya 115,5, İran isə 89,1 indekslə qiymətləndirilib.

Tam reytinq siyahısı belədir:

Ölkəİndeks
1Niderland205,6
2Lüksemburq204,8
3Danimarka203,9
4Oman203,9
5İsveçrə203,2
6Finlandiya201,5
7Avstriya198,1
8İslandiya195,1
9Almaniya195,0
10Norveç193,5
11Estoniya191,8
12Qətər188,6
13İsveç187,6
14Avstraliya186,8
15Yeni Zelandiya186,2
16ABŞ184,7
17İspaniya183,4
18Sloveniya182,5
19Litva181,4
20Yaponiya180,9
21Çexiya177,5
22Xorvatiya174,5
23Böyük Britaniya173,8
24Fransa172,6
25İrlandiya169,6
26Belçika169,6
27Kanada169,5
28Portuqaliya169,5
29Birləşmiş Ərəb Əmirlikləri168,5
30Latviya166,2
31İsrail164,8
32Tayvan159,9
33Slovakiya159,8
34Küveyt158,6
35Kipr156,8
36İtaliya156,2
37Polşa155,9
38Səudiyyə Ərəbistanı154,5
39Puerto Riko149,0
40Cənubi Afrika148,7
41Bolqarıstan148,5
42Sinqapur147,9
43Macarıstan147,7
44Cənubi Koreya146,9
45Rumıniya142,3
46Türkiyə141,4
47Uruqvay141,2
48Yunanıstan140,6
49Çin139,3
50Bosniya və Herseqovina137,0
Ermənistan128,2
Gürcüstan126,4
Rusiya115,5
Azərbaycan111,7
İran89,1

"AzPolitika.info"