ABŞ Prezidenti Donald Trampın Ağ Evdə keçirilən tədbir zamanı gözlərini uzun müddət yumaraq hərəkətsiz qalması sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Hadisə Trampın Oval Ofisdə uşaqlıq dövrü peyvənd siyasətində dəyişiklikləri nəzərdə tutan qərarı imzalaması mərasimində baş verib.

ABŞ-nin səhiyyə naziri Robert F. Kennedi Jr. və Milli Səhiyyə İnstitutlarının direktoru Cey Bhattakarya çıxış etdiyi zaman Trampın gözlərini uzun müddət bağlı saxlaması kameraların diqqətindən yayınmayıb.

Görüntülər qısa müddətdə sosial şəbəkələrdə yayılıb. Bəzi istifadəçilər prezidentin tədbir zamanı yuxuya getdiyini və mürgülədiyini iddia ediblər.

Görüntülərin geniş müzakirələrə səbəb olmasından sonra Ağ Evdən açıqlama verilib.

Prezidentlə bağlı iddiaları rədd edən Ağ Ev Trampın “son dərəcə enerjili və gümrah” olduğunu bildirib.

"AzPolitika.info"