Noyabrın 19-na keçən gecə Rusiyanın Tatarıstan Respublikasının Əlmət şəhəri yaxınlığında yerləşən “Kaleykino” neft nasos stansiyasına (NNS) hücum edib.
“AzPolitika” xəbər verir ki, hadisə barədə ilkin məlumatları Ukraynanın “Exilenova+” və “Supernova+” monitorinq kanalları yayıb. “Astra”-nın məlumatına görə, stansiyanın yerləşdiyi Kaleykino kəndi ərazisində yerli sakinlər işıq parıltıları və partlayış səsləri qeydə alıblar. Stansiya zədələnib.
“Transneft – Prikamye” şirkətinə məxsus “Kaleykino” neft nasos stansiyası magistral boru kəmərləri sistemində əsas qovşaqlardan biri hesab olunur. Stansiya Ukrayna sərhədindən təxminən 1300 kilometr məsafədə yerləşir. Qeyd edək ki, Ukrayna 2026-cı ilin fevralında da bu obyektə hücum etmiş, həmin vaxt hər birinin həcmi 50 min kubmetr olan iki çəndə yanğın baş vermişdi.
Yerli hakimiyyət orqanları PUA hücumu olduğunu təsdiqləyərək, ölən və xəsarət alanların olmadığını bildiriblər.
Eyni zamanda, Rusiya Müdafiə Nazirliyi gecə ərzində Belqorod, Voronej, Kursk, Lipetsk, Oryol, Rostov, Ryazan, Smolensk, Tula vilayətləri və Tatarıstan əraziləri üzərində 53 Ukrayna pilotsuz uçuş aparatının vurulduğu barədə hesabat yayıb.
Rasim
“AzPolitika.info”


Şərhlər