Elçin Səfəralı oğlu Babayev Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilib.
"AzPolitika" xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.
Elçin Səfərəli oğlu Babayev 1965 aprelin 4-də Naxçıvanda doğulub.
O, AMEA-nın müxbir üzvü Səfərəli Babayevin oğludur.
E. Babayev 1996–1997-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində, 1998–1999-cu illərdə Bakı Dövlət Universitetində, 1996–1999-cu illərdə Əmək və Sosial Münasibətlər Akademiyasında, 1995–2009-cu illərdə 289 nömrəli məktəb – "Zəngi" liseyində, Azərbaycan Respublikasının Prezidenti yanına Dövlət İdarəçilik Akademiyasında, Rəhbər Dövlət İdarəçiliyi Kadrlarının İxtisasının Artırılması İnstitutunda və Rəhbər kadrların fasiləsiz təhsil mərkəzinin qısamüddətli ixtisasartırma kurslarında pedaqoji fəaliyyət göstərib.
O, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru (2009–2019), AMEA N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) elmi işlər üzrə direktor müavini, Şamaxı Astrofizika Rəsədxanasının "Kosmik plazma və Heliogeofiziki problemlər" şöbəsinin rəhbəridir.
2019-cu il martın 11-də Bakı Dövlət Universitetinin rektoru vəzifəsinə gətirilib. 2024-cü il martın 27-də növbəti 5 il müddətinə həmin universitetin rektoru təyin olunub.


Şərhlər