Menu

Polis göyərtəsində 1,5 ton kokain olan gəmini saxladı

07.01.2015, 17:04
Polis göyərtəsində 1,5 ton kokain olan gəmini saxladı

Kokainin ümumi dəyərinin 150 mln. avro olduğu güman edilir

İspaniya polisi Venesuelaya məxsus gəmidə 1.5 ton kokain aşkarlayıb.

APA-nın “La Voz de Galicia” nəşrinə istinadən verdiyi məlumata görə, xüsusi əməliyyat zamanı 16 nəfər, o cümlədən tanınmış narkotik ticarətçisi Rafael Buqalyo həbs olunub.

Venesuela bayrağı altında üzən gəmin Atlantik okeanda, Kabo-Verdedən 80 mil aralıda saxlanılıb. Gəmidə 9 nəfər olub.

Aşkarlanmış kokainin ümumi dəyərinin 150 mln. avro təşkil etdiyi güman olunur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol