Fransada rekord temperaturdan sonra quraqlıq daha da dərinləşib. Ölkənin demək olar ki, bütün ərazisində su qıtlığı ilə mübarizə aparılır və su istifadəsinə müxtəlif məhdudiyyətlər tətbiq olunur.

Fransanın Ekoloji Keçid naziri Monik Barbut Parisdə keçirilən böhran toplantısından sonra ölkədəki vəziyyətlə bağlı açıqlama verib.

Nazirin sözlərinə görə, avqustun əvvəlində Fransanın ərazisinin 65 faizində müşahidə olunan quraqlıq təxminən 25 ildə bir dəfə qeydə alınan səviyyəyə çatıb. Hazırda isə ölkənin demək olar ki, bütün bölgələri quraqlığın təsiri altındadır.

Quraqlığın içməli su ehtiyatlarına da ciddi təsir göstərdiyi bildirilir. Barbutun açıqlamasına görə, 40 mindən çox insanın evində içməli su təchizatı kəsilib.

Ölkə üzrə su istifadəsinə müxtəlif məhdudiyyətlər tətbiq edilib. Hakimiyyətin əsas prioritetinin bütün bölgələrdə əhalinin içməli suya çıxışını təmin etmək olduğu açıqlanıb.

Su çatışmazlığının daha ciddi hiss olunduğu bəzi yaşayış məntəqələrində xüsusi su anbarları yaradılıb. Əhaliyə içməli su ehtiyacının qarşılanması üçün butulkada su da paylanır.

"AzPolitika.info"