Menu

Həbs qərarını eşidib məhkəmə zalından qaçdı – Hələ də tapılmır

15.08.2026, 17:40
Həbs qərarını eşidib məhkəmə zalından qaçdı – Hələ də tapılmır

Ermənistanda təqsirləndirilən şəxs məhkəmə binasından qaçıb.

"AzPolitika" xəbər verir ki, hadisə İrəvanın Nor Nork inzibati rayonunda qeydə alınıb.

Məhkəmə iclasında iştirak etmək üçün məhkəməyə gətirilən təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçildiyini eşitdikdən dərhal sonra məhkəmə zalından qaçıb.

Qaçışın hansı şəraitdə baş verdiyi açıqlanmayıb.

Hazırda polis əməkdaşları onun yerinin müəyyənləşdirilməsi və saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri keçirirlər.(Lent.az)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol