Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələr verilib.

Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.

Sərəncama görə, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilib.

“general-leytenant” ali hərbi rütbəsi

general-mayor Babək Mürsəl oğlu Ələkbərova

general-mayor Aqşin Ramiz oğlu Məhərrəmova

general-mayor Faiq Həmzəağa oğlu Məmmədova

“general-mayor” ali hərbi rütbəsi

polkovnik Elfan Şakir oğlu Quliyevə.

Qeyd edək ki, general-leytenant olan zabitlərdən 1987-ci il təvəllüdlü Babək Mürsəl oğlu Ələkbərov 24-də Abşeron rayonununCeyranbatan qəsəbəsində anadan olub. Əslən Qərbi Azərbaycandandır. Atası Mürsəl Ələkbərov Hamamlı rayonunun Saral kəndində anadan olub.

2023-cü ildən Dövlət Sərhəd Xidmətinin (DSX) Çevik Hərəkət Qüvvələrinin komandanıdır. O həm də Vətən Müharibəsi Qəhrəmanıdır.

Babək Ələkbərov 2003–2006-cı illərdə Cəmşid Naxçıvanski adına hərbi liseydə təhsil alıb. 2006–2010-cu illərdə isə MTN-nin Heydər Əliyev adına Akademiyasının Sərhəd qoşunları fakültəsində ali hərbi təhsil alaraq oradan "leytenant" rütbəsində məzun olub. Məzun olduqdan sonra Sərhəd Qoşunlarının Çevik Hərəkət Qüvvələrində xidmətə başlayıb. 2016-cı ildə Prezident İlham Əliyevin Sərəncamına əsasən Dövlət Sərhəd Xidməti əməkdaşlarının Peşə bayramı günü münasibətilə "İgidliyə görə" medalı ilə təltif edilib. 

27 sentyabr 2020-ci ildə başlanan Vətən Müharibəsinin iştirakçısıdır. Arazboyu əməliyyatlarda böyük şücaət göstərmiş, Zəngilan rayonu və Xudafərin körpüsünün azad edilməsini Ali Baş Komandana məruzə etmişdir.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zaman igidlik və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Babək Ələkbərova "Vətən Müharibəsi Qəhrəmanı" adı verilmişdir.

Azərbaycan Prezidenti İlham Əliyevin 2 fevral 2024-cü il tarixli Sərəncamı ilə Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif edilmişdir.

Ailəlidir, 3 övladı var.

Fotoda Babək Ələkbərov

“General-leytenant” ali hərbi rütbəsi verilən Aqşin Ramiz oğlu Məhərrəmov isə Dövlət Sərhəd Xidmətinin Xüsusi Hava Əməliyyatları Qüvvələrinin Komandanıdır.

Aqşin Məhərrəmov 14 avqust 1982, Xaçmaz rayonunda anadan olub.

O, Azərbaycan Prezidentinin Sərəncamlarına əsasən 2010-cu ildə "İgidliyə görə" medalı[, 2012-ci ildə "Azərbaycan Bayrağı" ordeni, 2014-cü ildə "Vətən uğrunda" medalı, 2016-cı ildə "Vətənə xidmətə görə" 3-cü dərəcəli ordeni, 2019-cu ildə isə 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edilib.

Azərbaycan Prezidenti İlham Əliyev 17 avqust 2020-ci il tarixli 2215 nömrəli Sərəncamı ilə Aqşin Ramiz oğlu Məhərrəmova "general-mayor" ali hərbi rütbəsi verilib.

Aqşin Məhərrəmov 27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsi zamanı hərbi əməliyyatların rəhbərlərindən olub.  Azərbaycan ərazilərinin işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olanda igidliyin və mərdliyin nümunəsini göstərdiyinə görə Aqşin Ramiz oğlu Məhərrəmov Azərbaycan Prezidenti İlham Əliyev 09.10.2020-ci il tarixli 2338 nömrəli Sərəncamı ilə Azərbaycanın ali hərbi ordeni olan "Zəfər" ordeni ilə təltif edilib. Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il və 25.12.2020-ci il tarixli Sərəncamları ilə Aqşin Məhərrəmov "Cəbrayılın azad olunmasına görə" medalı və "Zəngilanın azad olunmasına görə" medalı ilə təltif edilib.

O, 2022-ci ilin avqustunda Dövlət Sərhəd Xidməti Baş Qərargahının Dövlət Sərhədinin Mühafizəsi Baş İdarəsin rəisi vəzifəsinə təyin edilib.

Aqşin Məhərrəmov 22 iyun 2023-cü ildə  Dövlət Sərhəd Xidməti Xüsusi Hava Əməliyyatları Qüvvələrinin Komandanı vəzifəsinə təyin edilb. O, Azərbaycan Prezidenti İlham Əliyevin 17 avqust 2023-cü il tarixli 4042 nömrəli Sərəncamına əsasən 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə, 7 noyabr 2023-cü il tarixli Sərəncamına əsasən isə 2-ci dərəcəli "Rəşadət" ordeni ilə təltif olunub.

Fotoda Aqşin Məhərrəmov

General-leytenant olan Faiq Həmzəağa oğlu Məmmədov bu ilin aprelində Dövlət Sərhəd Xidmətinin Mərkəzi Aparatının rəhbəri təyin edilib. Daha əvvəl DSX-də Baş idarə rəisi, DSX Akademiyasının rəis əvəzi kimi önəmli vəzifələrdə də çalışıb.

Onun adı dövlət təltifləri ilə bağlı sərəncamlarda da yer alıb. 2024-cü ildə Faiq Məmmədov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Fotoda Faiq Məmmədov


Qeyd edək ki, dövlət başçısının Sərəncamı ilə DSX-nin polkovniki Elfan Şakir oğlu Quliyevə də ali hərbi rütbə verilib. O, bu gündən “general-mayor” ali hərbi rütbəsini daşıyacaq.

Quliyev Dövlət Sərhəd Xidmətində xidmət edən zabitlərdəndir. Onun adı əvvəlki illərdə hərbi qulluqçuların dövlət təltifləri ilə bağlı Prezident sərəncamlarında polkovnik kimi qeyd olunub.

Yeni sərəncamla Elfan Quliyevə general-mayor ali hərbi rütbəsinin verilməsi onun hərbi karyerasında yeni mərhələ kimi qiymətləndirilir.

Elman

"AzPolitika.info"