Menu

AZƏRBAYCANDA VƏ AVROPADA ORTA ƏMƏK HAQQI... - Fərq nə qədərdir? + SİYAHI

18.08.2026, 23:41
AZƏRBAYCANDA VƏ AVROPADA ORTA ƏMƏK HAQQI... - Fərq nə qədərdir? + SİYAHI

Avropa ölkələrində orta illik əməkhaqqı məbləğləri məlum olub.

“AzPolitika” xəbər verir ki, Avropada ən yüksək orta illik əməkhaqqı bu dəfə də İsveçrədə qeydə alınıb. Belə ki, İsveçrədə orta illik əməkhaqqı hazırda 106 840 avro təşkil edir. İsveçrəni Lüksemburq – 83 000 avro, İslandiya – 81 943 avro və Lixtenşteyn – 81 000 avro ilə izləyir.

Şimali Avropa ölkələrində də əməkhaqqı göstəriciləri yüksəkdir. Norveçdə orta illik əməkhaqqı 74 500 avro, Danimarkada 74 000 avro, İrlandiyada 61 000 avro, Avstriyada 60 000 avro təşkil edir.

Avropanın iri iqtisadiyyatlarından İtaliyada orta illik əməkhaqqı 40 000 avro, İspaniyada isə 35 000 avrodur.

Şərqi Avropa ölkələrində göstəricilər isə Qərbi və Şimali Avropa ilə müqayisədə daha aşağıdır. Çexiyada orta illik əməkhaqqı 28 000 avro, Polşada və Estoniyada 26 000 avro, Litvada 22 000 avro, Latviyada 20000 avro təşkil edir.

Siyahının Avropa üzrə aşağı hissəsində Rumıniya və Bolqarıstan yer alır. Rumıniyada orta illik əməkhaqqı 18 000 avro, Bolqarıstanda isə 14 000 avro göstərilir.

Məlumat üçün bildirək ki, Cənubi Qafqaz ölkələri üzrə göstəricilər Avropa ilə müqayisədə xeyli aşağıdır.

Regionda ən yüksək orta illik əməkhaqqı Gürcüstanda – 9 060 avro təşkil edir. Gürcüstanı Ermənistan – 8 695 avro ilə izləyir. Azərbaycan isə 6 620 avro göstərici ilə Cənubi Qafqazda üçüncü yerdə qərarlaşıb.

Avropada və Cənubi Qafqazda orta illik əməkhaqqı məbləğlərini təqdim edirik:

- İsveçrə - 106 840 avro;

- Lüksemburq - 83 000 avro;

- İslandiya - 81 943 avro;

- Lixtenşteyn - 81 000 avro;

- Norveç - 74 500 avro;

- Danimarka - 74 000 avro;

- İrlandiya - 61 000 avro;

- Avstriya - 60 000 avro;

- Belçika - 57 000 avro;

- Almaniya - 56 000 avro;

- İsveç - 54 000 avro;

- Niderland - 53 000 avro;

- Finlandiya - 50 000 avro;

- Fransa - 46 000 avro;

- İtaliya - 40 000 avro;

- İspaniya - 35 000 avro;

- Çexiya - 28 000 avro;

- Polşa - 26 000 avro;

- Estoniya- 26 000 avro;

- Litva - 22 000 avro;

- Latviya - 20 000 avro;

- Rumıniya - 18 000 avro;

- Bolqarıstan - 14 000 avro;

- Gürcüstan - 9 060 avro;

- Ermənistan - 8 695 avro;

- Azərbaycan - 6 620 avro.

“AzPolitika.info”

Şərhlər

Ferz 2026-08-24 14:23:57

orta illik əməkhaqqı İsveçrə - 106 840 avro - Azərbaycan - 6 620 avro 16,14 dəfə çox

Həsən Hərzəliyev 2026-08-24 13:53:28

Yaxşı ki, Rusiya və daşnaq *qlataşay*ları demirlər ki, Azərbaycanın Beynəlxalq Əlaqələri yox, Siyasəti dövlətin-xalqın tam-bütöv ərazisindən ən dərin uzunmüddətli var-sərvətlərinə dünyanın digər-daha uzaq düzənlərinə ötürməklə hansı əbədiyyəti qazanmağa çalışır? Özünün Naxçıvan və Türkiyəyə sərhədləri iddiası əvəzinə 33 illik Hərbi genosid əsarəti belə mühakimə edilmir, əlavə dəhliz güzəştləri verilir?

Mehtər Dəvəli 2026-08-20 09:26:26

Əlif-beyt üzrə Azərbaycan 1ci olsa, daha etik izlənərdi. Siyahı əslində stratejii ehtiyatları neftini, qazını, valyuta ehtiyatını Avropaya etibar edən Azərbaycanın Mərkəzi Bankdan da çox Avropaya daha yüksək ayrılmaz münasibətini əks etdirmirmi. Orta güc elə Qafqazda da altdadır?

Səyyaf Mahmudov 2026-08-20 00:06:43

Bəs həh deyəndə deyir ölkəmiz dünya ölkələrilə avropa ölkələrilə ayağlaşır heç məğlub etdiymiz ermənistanla belə ayağlaşabilmir ikdisadiyatda dəhşət bəs nə çıxıb yekə yekə danışır

Bəhi 2026-08-19 22:11:52

Hakimiyyət niyə və kimdən utanmalıdır? Mərkəzi Bank da Azərbaycanın onlarla müqayisə edilə biləcək yüksək səmərəli dövlət müüıssisəsi deyilmi? təşkilatıdeyilmi?

Mərdan 2026-08-19 19:03:50

Görəsən bu hakimyət yekə -yekə danışanda bu siyahıya baxıb utanır?

Cavud 2026-08-19 15:23:40

Ermənistan bizden çoxdu ki

Əgsal 2026-08-19 15:23:15

Gör nə gündəyik Gürcüstan Ermənistan bizi qabağlayır

Elçin 2026-08-18 23:03:31

Hakimiyyət utanmalıdır ki, xalqını belə rəzil vəziyyətdə yaşadır.

Vaqif 2026-08-18 21:34:13

Artıq şərhə ehtiyac yoxdur.. .... Budur analoqu olmayan inkişaf? Buduq iqtisadiyyatın şaxələndirilməsi?

Kohne 2026-08-18 21:01:58

HALALDI...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol