Menu

Ukraynada hərbi əməliyyatlar bərpa olundu

08.01.2015, 02:20
Ukraynada hərbi əməliyyatlar bərpa olundu

Ukraynada Donbas vilayətində döyüşlər yenidən başlayıb.Bu barədə Anti terror əməliyyatı qrupunun mətbuat xidməti açıqlama verib.Bildirilir ki, separatçılar ordu qüvvələrinin mövqelərini artilleriya atəşinə tutublar. Bundan başqa Nikişino rayonunda separatçılar snayperlərdən istifadə edib.

Şiddətli döyüşlər 6 rayonda gedib. Separatçılar əsasən Donetsk hava limanını ələ keçirməyə cəhd ediblər.

Güclü döyüşlərdən biri axşam saatlarında Starolasp məntəqəsində gedib. Şiddətli döyüşlər nəticəsində separatçılardan ikisi öldürülüb, xeyli sayda yaralıların olduğu bildirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol