Ötən gecə Ukrayna Müdafiə Qüvvələri Rusiyanın Samara vilayətinin Çapayevsk şəhərindəki “Ozon” logistika şirkətinin ambarına PUA zərbəsi endirib. Bu, “Ozon” şəbəkəsinə endirilən ilk böyük zərbədir. 

“AzPolitika” xəbər verir ki, zərbə ilə bağlı sosial mediada məlumat və görüntülər yayımlanıb. Pilotsuz təyyarənin zərbəsindən sonra obyektdə böyük yanğın baş verib.

Monitorinq kanallarına görə, yanğın tez bir zamanda obyektin hər yerinə yayılıb və onun üzərində qalın tüstü qalxıb. Lakin hələlik dəyən ziyanın dəqiq miqyası, mümkün itkilər və ya Rusiya hakimiyyət orqanlarının rəsmi reaksiyası barədə heç bir məlumat yoxdur.

Çapayevskdəki “Ozon” logistika kompleksi şirkətin ən böyük anbar obyektlərindən biridir. Onun sahəsi təxminən 135.000 kvadratmetrdir və obyektə qoyulan investisiya təxminən 5 milyard rubl qiymətləndirilir.

Mərkəz, “Ozon” şirkətinin Samara bölgəsindəki geniş logistika şəbəkəsinin bir hissəsidir. Şirkət bu komplekslərdən malları qəbul etmək, saxlamaq, seçmək və müştərilərə göndərmək üçün istifadə edir.

“Ozon”, “Wildberries” ilə birlikdə Rusiyanın iki ən böyük iki logistika mərkəzindən biridir. Bu iki platforma Rusiya onlayn ticarətinin əhəmiyyətli bir hissəsini təşkil edir.

“AzPolitika.info”