Menu

AZƏRBAYCAN ONLARI AXTARIR - SİYAHI

23.08.2026, 00:11
AZƏRBAYCAN ONLARI AXTARIR - SİYAHI

Hazırda Azərbaycanda insan alveri cinayət əməlləri ilə bağlı 15 təqsirləndirilən şəxs axtarışdadır.

"AzPolitika"nın "modern.az"-a istinadən verdiyi məlumata görə, onlardan bir qismi insan alveri, digərləri isə insan alveri və fahişəliyə cəlb etmə cinayətləri ilə əlaqədar axtarılır. Axtarışda olan şəxslərdən 9-u barəsində həbs qətimkan tədbiri seçilib və onlar İnterpol kanalları ilə beynəlxalq axtarışa verilib.

Axtarışda olan şəxslərin siyahısı:

Güləhmədzadə İsmayıl Rahib oğlu - 25 sentyabr 1997-ci ildə Bakı şəhərində anadan olub, Bakı şəhər sakinidir. Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə 2026-cı ildə axtarış elan edilib.

Məmmədova Nəzakət Musa qızı - 11 oktyabr 1970-ci ildə Ermənistan Respublikasında anadan olub, Yexeqnadzor rayon sakinidir. Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə 2026-cı ildə axtarış elan edilib.

Məmmədov Vüsal Ələkbər oğlu - 10 iyun 1989-cu ildə Naxçıvanda anadan olub, Şərur rayon sakinidir. Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin fahişəliyə cəlb etmə maddəsi ilə 2024-cü ildə axtarış elan edilib.

Hacıyeva Qızqayıt Rafiq qızı - 26 avqust 1984-cü ildə Abşeron rayonunda anadan olub, Abşeron rayon sakinidir. Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə 2024-cü ildə axtarış elan edilib, həbs qətimkan tədbiri seçilib. İnterpol kanalları ilə beynəlxalq axtarışdadır.

Şiriyeva Vüsalə Raqib qızı - 16 may 1981-ci ildə Astara rayonunda anadan olub, Astara rayon sakinidir. Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə 2024-cü ildə axtarış elan edilib.

Məmmədova Gülnarə Vladimir qızı - 3 aprel 1979-cu ildə Lənkəran şəhərində anadan olub. Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə 2022-ci ildə axtarış elan edilib.

Orucova Ruhəngiz Şükür qızı - 14 yanvar 1987-ci ildə Gəncə şəhərində anadan olub, Gəncə şəhər sakinidir. Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə 2021-ci ildə axtarış elan edilib, həbs qətimkan tədbiri seçilib. İnterpol kanalları ilə beynəlxalq axtarışdadır.

Qurbanzadə Şəkər Ağabala qızı - 7 fevral 1962-ci ildə Yevlax rayonunda anadan olub. Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə 2021-ci ildə axtarış elan edilib.

İsayeva Azadə Eynəli qızı - 14 may 1964-cü ildə Lənkəran rayonunda anadan olub, Bakı şəhər sakinidir. Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə 2020-ci ildə axtarış elan edilib, həbs qətimkan tədbiri seçilib. İnterpol kanalları ilə beynəlxalq axtarışdadır.

Məmmədova Şöhrət Savalan qızı - 19 yanvar 1978-ci ildə Goranboy rayonunda anadan olub, Goranboy rayon sakinidir. Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin insan alveri və fahişəliyə cəlb etmə maddəsi ilə 2018-ci ildə axtarış elan edilib, həbs qətimkan tədbiri seçilib. İnterpol kanalları ilə beynəlxalq axtarışdadır.

Abdiyeva Hicranə Rəcəb qızı - 28 iyul 1969-cu ildə Quba şəhərində anadan olub, Quba şəhər sakinidir. Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin insan alveri və fahişəliyə cəlb etmə maddəsi ilə 2018-ci ildə axtarış elan edilib, həbs qətimkan tədbiri seçilib. İnterpol kanalları ilə beynəlxalq axtarışdadır.

Cəfərova Esmira Sabir qızı - 18 avqust 1972-ci ildə Bakı şəhərində anadan olub, Bakı şəhər sakinidir. Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin insan alveri və fahişəliyə cəlb etmə maddəsi ilə 2016-cı ildə axtarış elan edilib, həbs qətimkan tədbiri seçilib. İnterpol kanalları ilə beynəlxalq axtarışdadır.

Qədirli Zeynəb Böyükağa qızı - 15 dekabr 1978-ci ildə Kürdəmir şəhərində anadan olub, Kürdəmir şəhər sakinidir. Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə 2016-cı ildə axtarış elan edilib, həbs qətimkan tədbiri seçilib. İnterpol kanalları ilə beynəlxalq axtarışdadır.

Quliyeva Validə Tahir qızı - 1 noyabr 1964-cü ildə Gəncə şəhərində anadan olub, Gəncə şəhər sakinidir. Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə 2012-ci ildə axtarış elan edilib, həbs qətimkan tədbiri seçilib. İnterpol kanalları ilə beynəlxalq axtarışdadır.

Məmmədova Gülxanım Xudam qızı - 20 iyun 1964-cü ildə Cəlilabad rayonunda anadan olub, Cəlilabad rayon sakinidir. Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə 2008-ci ildə axtarış elan edilib, həbs qətimkan tədbiri seçilib. İnterpol kanalları ilə beynəlxalq axtarışdadır.

Şərhlər

Elşən 2026-09-01 22:18:33

İnterpol Koçaryanı, Sərkisyan nə vaxt tutsa bunları da onda tutar!

yt8976 2026-08-31 11:29:14

67989068706007

Ülvi Rza şərhinə 2026-08-29 20:54:51

İnterpol güman Yüksək siyasətçilərdən də güclü-toxunulmaz *balina*ları cinayət dəlilləri, koordinatları və akkord ödənişlər əsasında həbs edirlər? Bu kilkələri güman ki, elə xəbər-*konservervanları* kimi gizlədirlər?

Rza 2026-08-28 18:25:28

18 ildi beynəlxalq axtarışa verilib hələ də tapılmırsa onda interpol nəyə yarayır ki adam göyə uçmadı ki hansısa dövlətdə yaşayır

Ülviyyə 2026-08-24 00:47:21

Polislər olmasa belə adamlar ölkədə ağalıq edərlər. Polislərə minnətdarlığımı bildirirəm.

Rafael 2026-08-23 14:30:17

Men qorxuram nolar tutun onları

EMİN 2026-08-23 12:22:02

O ZAMAN BUNLAR DAHA UAXŞI QAÇIB GİZLƏNƏ BİLİRLƏR

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol