Dünyanın bir sıra ölkələrində mənzil qiymətləri ilə əhalinin gəlirləri arasındakı fərq ev sahibi olmağı ciddi şəkildə çətinləşdirir. 

"AzPolitika" xəbər verir ki, ölkədəki qiymət–gəlir nisbətinə görə ev əldə etməyin ən çətin olduğu ölkə Nigeriyadır. Nigeriyanın indeksi 116,3 təşkil edir ki, bu göstərici siyahıdakı digər ölkələrdən kəskin şəkildə yüksəkdir.

İkinci yerdə Şri-Lanka – 55,4, üçüncü yerdə isə Qana – 49 göstəricisi ilə qərarlaşıb.

İlk 10-luqda həmçinin Kuba (48,4), Kamerun (46), Nepal (39,5), Honq Konq (35,2), Kamboca (35), Filippin (34,5) və Vyetnam (32,7) yer alır.

Siyahıda Azərbaycan 17,6 göstəricisi ilə 19-cu yerdədir. Bu o deməkdir ki, ölkədə mənzil qiymətləri orta illik gəlirlə müqayisədə kifayət qədər yüksəkdir

Azərbaycanın qonşuları arasında siyahıda İran, Ermənistan və Gürcüstan yer alır. Türkiyə isə təqdim olunan 50 ölkəlik siyahıda yoxdur.

İran – 16 göstərici ilə 24-cü, Ermənistan – 15,4 göstərici ilə 26-cı, Gürcüstan isə 12,2 göstərici ilə 50-ci yerdədir.

Göründüyü kimi, Azərbaycan üç qonşusundan daha yüksək qiymət–gəlir nisbətinə malikdir.

Tam siyahını təqdim edirik:


ÖlkəQiymət–gəlir nisbəti
1Nigeriya116,3
2Şri-Lanka55,4
3Qana49
4Kuba48,4
5Kamerun46
6Nepal39,5
7Honq Konq35,2
8Kamboca35
9Filippin34,5
10Vyetnam32,7
11İndoneziya27
12Sinqapur24,7
13Cənubi Koreya24,4
14El Salvador24,4
15Tailand23,8
16Tayvan20,5
17Pakistan20
18Misir18,3
19Azərbaycan17,6
20Çin17,4
21Keniya17
22Livan16,9
23Banqladeş16,3
24İran16
25Çili15,6
26Ermənistan15,4
27Əlcəzair15
28Albaniya14,9
29Kolumbiya14,9
30Panama14,7
31Braziliya14,7
32Peru14,7
33Qırğızıstan14,6
34Venesuela14,2
35Moldova14,2
36Serbiya13,8
37Dominikan Respublikası13,7
38Mərakeş13,6
39Çexiya13,3
40Kosovo13,2
41Monteneqro13,1
42Rusiya13,1
43Portuqaliya13
44Meksika13
45Tunis12,8
46Paraqvay12,5
47Uruqvay12,4
48Bosniya və Herseqovina12,3
49Xorvatiya12,2
50Gürcüstan12,2

"AzPolitika.info"