Azərbaycanda sənədsiz evlərlə bağlı “əmlak amnistiyası” məsələsi uzun illərdir müzakirə olunur. Xüsusilə çıxarış ala bilməyən yaşayış evlərinin leqallaşdırılması və vətəndaşların mülkiyyət hüquqlarının tanınması əsas gözləntilər sırasındadır. Belə bir mexanizmin tətbiqi sənədsiz ev sahiblərinin əmlakını rəsmiləşdirməsinə və kommunal problemlərin həllinə imkan yarada bilər.
Əmlak amnistiyası hansı sənədsiz evlərə şamil oluna bilər? Sənədsiz evlərin leqallaşdırılması üçün hansı meyarlar əsas götürülməlidir?
Mövzu ilə bağlı “AzPolitika”ya açıqlamasında əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə bildirib ki, sənədsiz evlərin rəsmiləşdirilməsi ilə bağlı müvafiq müzakirələr aparılıb və məsələnin, böyük ehtimalla, Prezidentin müvafiq sərəncamından sonra həllini tapacağı gözlənilir.

Onun sözlərinə görə, burada əsas problem evlərin deyil, həmin tikililərin yerləşdiyi torpaq sahələrinin hüquqi statusu ilə bağlıdır. Belə ki, sənədsiz evlərin əksəriyyəti dövlət və ya bələdiyyə torpaqlarında, bir qismi isə müəssisələrə məxsus ərazilərdə inşa edilib: “Evlərə çıxarışların verilməsi ilə bağlı ciddi problem yoxdur. Əsas çətinlik həmin evlərin yerləşdiyi torpaq sahələrinin hüquqi statusudur. Çıxarış verildikdən sonra həmin torpaqların aqibətinin necə olacağı məsələsi ortaya çıxır. Bəzi evlərin yerləşdiyi ərazilərin statusu isə onların sənədləşdirilməsinə imkan verməyə bilər. Söhbət neft müqavilələrinin əhatə etdiyi ərazilərdən, yüksək gərginlikli elektrik xətlərinin və yüksək təzyiqli qaz kəmərlərinin altından, su kəmərlərinin üzərindən, həmçinin dəmir yollarının yaxınlığından gedir. İnsanların təhlükəsizliyi üçün risk yaradan belə ərazilərdə yerləşən evlərin gələcəkdə sökülməsi də mümkündür”.

R.Qasımzadə əlavə edib ki, bələdiyyə mülkiyyətində olan torpaqlarda inşa edilmiş bəzi sənədsiz evlərlə bağlı artıq həll yolu müəyyənləşdirilib. Belə hallarda vətəndaşların bələdiyyələrə müraciət etməsi, zəbt olunmuş torpaq sahələrinin isə bazar qiymətinə uyğun olaraq onlara satılması nəzərdə tutulur: “Bu proses artıq respublikanın digər rayonlarında həyata keçirilir. Bakı və Abşeronda da tətbiqi nəzərdə tutulur. Radiasiya çirklənməsinə məruz qalmış ərazilərdə və onlara yaxın sahələrdə, həmçinin neft müqavilələrinin əhatə etdiyi torpaqlarda, yüksək təzyiqli qaz kəmərlərinin və yüksək gərginlikli elektrik xətlərinin altında, eləcə də insanların təhlükəsizliyinə birbaşa təhdid yaradan digər ərazilərdə yerləşən evlərə çıxarış verilməsi mümkün olmayacaq”.
Ekspert kənd təsərrüfatı təyinatlı torpaqlarda yerləşən evlərin də vəziyyətinin ayrıca qiymətləndiriləcəyini bildirib: “Torpağın təyinatının dəyişdirilməsi mümkün olduğu halda həmin evlərin də sənədləşdirilməsi mümkün ola bilər. Digər yaşayış məntəqələrinin ərazisində yerləşən fərdi yaşayış evləri ilə bağlı isə ciddi problem gözlənilmir. Həmin evlərə çıxarışların verilməsi, dövlət və ya bələdiyyə mülkiyyətində olan və vətəndaşlar tərəfindən zəbt edilmiş torpaq sahələrinin isə mərhələli şəkildə satılması həyata keçirilə bilər”.
Oğuz Ayvaz
“AzPolitika.info”


Şərhlər
Təxminən 6-7 il əvvəl Saray qəsəbəsində bələdiyyə sərəncamı ilə ev tikmək üçün verilmiş ərazidə (mən də həmin ərazidə bələdiyyə sərəncamı ilə verilmiş torpaqda 20 ildir ev tikmişəm. Qaz, işıq, su, əmlak vergisini müntəzəm ödəyirəm.) 2 nəfər rəsmi şəxş tərəfindən, qonşu küçədə (məhəllə küçələrinə adlar da verilib.) əllərindəki dəftərə qeydlər aparıldığının şahidi oldum. Yaxınlaşaraq maraqlandım, dedilər ki, Prezidentin sərəncamına əsasən evlərin qeydiyyatını edirik-özəlləşdirmə sənədi(kupça) verilməsi üçün. Soruşdum ki, proses necə olacaq? Ödəniş də olacaqmı? Dedilər ev sahibləri təxminən 110-130 manat Dövlət rüsumu ödəyəcəklər.
Sonradan bir səs-soraq olmadı.
Təxminən 6-7 il əvvəl Saray qəsəbəsində bələdiyyə sərəncamı ilə ev tikmək üçün verilmiş ərazidə (mən də həmin ərazidə bələdiyyə sərəncamı ilə verilmiş torpaqda 20 ildir ev tikmişəm. Qaz, işıq, su, əmlak vergisini müntəzəm ödəyirəm.) 2 nəfər rəsmi şəxş tərəfindən, qonşu küçədə (məhəllə küçələrinə adlar da verilib.) əllərindəki dəftərə qeydlər aparıldığının şahidi oldum. Yaxınlaşaraq maraqlandım, dedilər ki, Prezidentin sərəncamına əsasən evlərin qeydiyyatını edirik-özəlləşdirmə sənədi(kupça) verilməsi üçün. Soruşdum ki, proses necə olacaq? Ödəniş də olacaqmı? Dedilər ev sahibləri təxminən 110-130 manat Dövlət rüsumu ödəyəcəklər.
Sonradan bir səs-soraq olmadı.
90 % belediyye torpaqdi gedin o zamanla kim satibsa onlari sorgu sual edin bu sade vetendawlarin ne gunahi indide senedi vermirsiz prablem deil cetin deil verin senedi bitsin bu mesele nedi her defe sakinleri vetendawi gunahkar cixardirsiz imkani zeif vetendawdi hamsi bu torpaqda yawiyanlar bir duwunun bu milleti 1 azda olsa
Bezdik.ne qeder olar.torpaqlari pulla almiwiq tezeden alacagiq.aaaaaa
Deyirsiz etmirsiz, niye uzadirsiz
İstisnasız olaraq vətəndaşa ya çıxarış, ya da kompensasiya verməlisiniz. Çünki bütün bu qanunsuzluqları məmurlar illər boyu rüşvət alaraq dövlətin gözü qarşısında ediblər... Etiraf etsə də etməsə də bu belədir. İndi isə zəhmət çəkib əlacsız duruma saldığı vətəndaşına güzəştə getməlidir. Çünki vətəndaşın yağışdan, küləkdən, ildırımdan qorunmaq üçün daldalacaq qurub gizlənmək kimi özü ilə birgə doğulan ilahi hüququnu pozub. Əgər vətəndaş adam yerinə qoyulsaydı onu on minlik "tokun" altına göndərməzdilər. Hara baxırsan bom-boş torpaqdır. Ucu-bucağı görünmür. Bunu millətə vermirlər ki, camaat öz vətənində öz torpağında özünə ev-eşik tiksin. Əkib becərsin. Dövlətindir, Bələdiyyənindir. Filan şirkətindir. Filan oliqarxındır. Təkcə millətin deyil. ..
Men de torpağın teyinati kend tesarffatı teyinatı torpaqdı 15 ilden çoxdu ev tikilib ama eve çıxarış ala biımirem ki torpağın teyinati kend tesarffatıdı saray qesebesi de minlernen bu cür problem var torpağın teyinati deyişilse eve çıxarış alardıq
Prezidentin fərmanı bütün hallarda hüquqi və operativ həllə göstərişdir. Bu Ekspertin, ya digər vəzifəlilərin *zəbt edilmiş torpaq* termini heç yerli və dövləti idarə işinə uyğun gəllmir? Fərdi mənzillərin çoxu ayrılmış və ayrılacaq Yaşayış massivlərində qurulublar! Torpaq da, mənzilə icazə haqqı da məsul orqanların nəzarətçi gözləri önündə olub!? Müəssisə əraziləri də birinə güzəşt, digərlərinə qadağaya görə hüquqi-həllsiz qalıb?
Sənədsiz evlərə əmlak amnistiyasi verməyin tək bir problemi var: bu yol ilə alınan kupçaya rüşvət almagın mümkünsüz olması. Hansı ki hal hazırda rayonlarda öz dədə babalarımızdan qalan evlərə kupça almaq üçün əmlakın indiki dəyəri qədəri rüşvət veririk. Belə ki, "öz əmlakını özümüzə satırlar" bir parça kağız qarşılığında.
Bu emlak meselelerinin fğndamenti ele eyri qoyulub ki Prezident Ferman verenden sonra da problemler hellini tapmır?Meger her şey dövletin elinde deyilmi bunu qaydaya qoynaq ne öetin meseledir.Burda bir problem hell olunmalıdur: Memur-insan faktoru çünki zamanında bu problemi vetendaşla birlikde memurlar yaradıb.Bına vaxtında icaze verilmeseydi bu problem de yaranmazdı.