Menu

1 milyon dollarlıq futbolçu üçün danışıqlar başlayır - BAKIDA

08.01.2015, 11:05
1 milyon dollarlıq futbolçu üçün danışıqlar başlayır - BAKIDA

İspaniyanın “Qranada” klubunun futbolçusu Eddi İsrafilovun Azərbaycan yığmasında oynamaq variantı reallaşmaq üzrədi.

Apasport.az saytının məlumatına görə, futbolçunun anası, ögey atası və meneceri artıq Bakıdadı.

Gecə saatlarında Azərbaycana gələn qonaqlar otellərin birində yerləşdiriliblər. Uçuş yubandığından, İsrafilovun valideynləri və meneceri Bakıya gözlənilən vaxtdan gec çatası olublar. Hazırda istirahət edən qonaqlar bu gün AFFA-nın baş katibi Elxan Məmmədovla görüşəcəklər. Görüşdə İsrafilovun Azərbaycan millisində oynamaq məsələsi müzakirə ediləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol