Menu

""Türk axını” layihəsi TANAP-a rəqib deyil" - Taner Yıldız

08.01.2015, 11:48

taner y;ld “Türk axını” layihəsi "TransAnadolu" boru kəməri layihəsinə (TANAP) rəqib deyil.

SalamNews-un “Sabah”a istinadla verdiyi xəbərə görə, bunu Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız bəyan edib.

Ləğv edilən "Cənub Axını" layihəsi ilə bağlı açıqlama verən T.Yıldız bildirib: “Avropa İttifaqı ölkələrinin Rusiya ilə "Cənub Axını" layihəsində tıxanan yolları Türkiyə ilə açıldı. Rusiya ilə reallaşdırılması planlaşdırılan yeni layihə, bəzilərinin düşündüyü kimi, Azərbaycanla həyata keçirilən TANAP-a rəqib deyil. Qonşu Azərbaycanla reallaşdırılan bu layihənin inşikafına heç nə mane olmur."

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol