ABŞ Prezidenti Donald Trampın bəyanatına görə, Rusiya rəhbərliyi NATO ölkələrinin ərazilərinə hücum etmək niyyətində deyil. O, bu barədə avqustun 27-də jurnalistlərlə söhbəti zamanı bildirib.

Ağ Evin rəhbəri Rusiya ilə bağlı sualı cavablandırarkən “Mən onunla yaxşı danışmışam” ifadəsini işlədib və Kreml rəhbərinin alyansa qarşı hərbi addımlar atmağı planlaşdırmadığını iddia edib.

"The Wall Street Journal" qəzetinin mənbələrinə görə, avqustun 25-də Moskvaya səfər edən MKİ rəhbərinin əsas məqsədlərindən biri Kremli NATO ölkələrinə qarşı hər hansı təcavüzdən sərt şəkildə xəbərdar etmək olub. 

Buna baxmayaraq, Vaşinqton rəhbərliyi səviyyəsində səslənən bu cür açıqlamalar Qərbdə və beynəlxalq ictimaiyyətdə fərqli müzakirələrə səbəb olmaqdadır.

"AzPolitika.info"