Menu

ABŞ Ukraynaya kəşfiyyat dəstəyini kəsib? - Zelenski və XİN-dən fərqli açıqlamalar

13.10.2026, 16:44
ABŞ Ukraynaya kəşfiyyat dəstəyini kəsib? - Zelenski və XİN-dən fərqli açıqlamalar

Ukrayna Xarici İşlər Nazirliyi ölkənin ABŞ-dan kəşfiyyat məlumatları almağa davam etdiyini bildirib. Lakin Prezident Volodimir Zelenskinin bundan əvvəl Kiyevə edilən hücumlarla bağlı tərəfdaşlarından qabaqcadan məlumat almadıqlarını açıqlaması diqqət çəkib.

Qərb mediasının yazdfığına görə, bu ziddiyyətli bəyanatlar Kiyevin Rusiya neft emalı zavodlarına zərbələri dayandırmaqdan imtina edəcəyi təqdirdə ABŞ-ın silah tədarükünü və kəşfiyyat mübadiləsini dayandıra biləcəyi barədə ekspert ehtimallarının fonunda səslənib.

Volodimir Zelenskinin sözlərinə görə, tərəfdaşlar Ukraynaya paytaxt Kiyev istiqamətinə buraxılan və mülki infrastrukturu hədəf alan ballistik füzələr barədə qabaqcadan məlumat verməyiblər. Ötən gün Ukrayna Hərbi Hava Qüvvələri paytaxtdakı partlayışların hava həyəcanı elan olunmamışdan əvvəl nə səbəbdən baş verdiyini araşdırdıqlarını açıqlamışdı.

Xarici işlər naziri Andriy Sibiha isə kəşfiyyat məlumatlarının ötürülməsinin davam etdiyini təsdiqləyib: 

“Güman ki, ABŞ tərəfindən kəşfiyyat məlumatları alıb-almadığımızı soruşursunuz. Bəli, biz bu əməkdaşlığı davam etdiririk”, – deyə Sibiha bildirib.

Bəzi Amerika KİV-lərinin yaydığı məlumatlara görə, əgər Volodimir Zelenski Rusiya neft emalı zavodlarına hücumları dayandırmaqdan imtina edərsə, Donald Trаmp administrasiyası Ukraynanı ABŞ kəşfiyyat məlumatlarından məhrum edə və ya İlon Maska "Starlink" sistemini söndürmək üçün təzyiq göstərə bilər. Vaşinqtonun bu cür sərt addımları enerji obyektlərinə qarşı zərbələrin dayandırılması və "enerji barışığı" tələbləri ilə əlaqələndirilir.

Rasim

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol