Menu

120 kiloqramdan çox narkotiki Azərbaycana keçirmək istədilər - FOTO

13.10.2026, 14:32
120 kiloqramdan çox narkotiki Azərbaycana keçirmək istədilər - FOTO

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 124 kiloqram 965 qram narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

"AzPolitika" xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.

Belə ki, keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində oktyabr ayının 11-də dövlət 75 kiloqram 515 qram, oktyabrın 12-də isə 49 kiloqram 450 qram narkotik vasitə aşkar olunaraq qanunsuz dövriyyədən çıxarılıb.

Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

120 kiloqramdan çox narkotiki Azərbaycana keçirmək istədilər - Foto

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol