Menu

Rusiya ordusunun qərargahı məhv edilib - 51-ci ordunun komandanı öldürülüb

28.08.2026, 10:40
Rusiya ordusunun qərargahı məhv edilib - 51-ci ordunun komandanı öldürülüb

Avqustun 26-sı axşam saatlarında işğal altında olan Donetskdə baş verən silsilə güclü partlayışlar nəticəsində Rusiya Silahlı Qüvvələrinin 51-ci ümumqoşun ordusunun qərargahı məhv edilib.

İlkin məlumatlara görə, İlyıç küçəsində yerləşən binaya 13 raket zərbəsi endirilib. Həmin binada 51-ci qvardiya ümumqoşun ordusunun komanda məntəqəsi yerləşirdi. Hücum zamanı binada hərbi müşavirənin keçirildiyi və obyektə ciddi ziyan dəydiyi bildirilir.

Hücum nəticəsində ordu komandanı, general-leytenant Sergey Milçakovun və onun müavinlərinin həlak olduğu iddia edilir. Sosial şəbəkələrdə və monitorinq kanallarında yayılan bu məlumatlar hələ ki, rəsmi mənbələr tərəfindən tam təsdiqlənməyib.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol