“Bu, Rusiya üçün olmaq, ya olmamaq məsələsidir”
"Ən əsası odur ki, yalnız qalibləri dinləyirlər. Qalibləri mühakimə etmirlər. Məğlubları isə mühakimə edirlər. Çünki məğlublar hər zaman haqsızdırlar. Əgər qalib gəlməsək, qurbanlarımıza və əzablarımıza görə bizdən hesab soracaqlar”.
“AzPolitika” xəbər verir ki, bunu “Rus dünyası”nın ideoloqlarından biri və “Vladimir Putinin filosofu” kimi tanınan Aleksandr Duqin “Sputnik” radiosuna müsahibəsində deyib.
Özü açıq şovinizm, imperiyaçılıq, neofaşist ideologiyasının elementlərini rus cəmiyyətinə “sırıyan” Duqin Ukraynanı “nasizmdən əziyyət çəkən xəstə vücud”a bənzədib.
Onun dediyinə görə, Rusiya “Ukrayna nasizminin dərin zəhərli xərçəng şişini rus bədənindən çıxarmaq üçün” bütün Ukraynanı işğal etməlidir: “Etiraf etmək, üzr istəmək kimi məsələləri qələbəyə kimi təxirə salmalıyıq. Bütün diqqəti düşmənin kritik infrastrukturuna zərbələrə cəmləməliyik. Ukraynanın bütün ərazisini “azad etmək” lazımdır. Rus vücudumuzu zəhərli xərçəng olan Ukrayna nasizmindən təmizləməliyik. Bunun üçün bütün Ukraynanı mütlıq “azad etməliyik”. Bu, Rusiyanın olmaq, ya olmamaq məsələsidir. Bu, Ukraynanı əldə edib etməmək məsələsi deyil. Bu bizim özümüzün olub olmamaq məsələmizdir”.
Duqin eləcə də ABŞ MKİ-sinin başçısı Con Retkliffin Moskvaya son səfəri ilə bağlı da ayrıca qısa paylaşım edib. O, ABŞ və Qərblə yalnız bir halda anlaşmağın mümkün olduğunu qeyd edib: “Əgər vəziyyəti gərginləşdirməməyimizi istəyirsinizsə, Ukraynanı bizə verin!”.
Budur Rusiyanın və “Rus dünyası” ideyasının əsl sifəti. Özü də bu sifət təkcə Ukraynaya göstərilmir, bütün qonşu Postsovet ölkələri aşağı-yuxarı eyni münasibəti, yanaşmanı görürlər və müharibə uzandıqca da duqinlərin, zatulinlərin, medvedevlərin, lavrovların, solovyovların və s. ifadə etydiyi bu sima daha çox ifşa olunur, eybəcərləşir və qəddarlaşır.
C.Məmmədli
“AzPolitika.info”


Şərhlər
Dünyanın Siyasətçi və Hüquqşünaslar son 30-40 illik tarixdən son 1986cı il Kreml qruplaşmasını SSRİ varisi kimi RFnin biri ilə cütləşib digərlərini separatca Qlobal taleyin ümidinə buraxma məramı anlaqsız olaraq qalmaqdadır? Onları buraxmış əski Kremlin yeni təzahürü az qala Ukrayna və digərlərini az qala əski siyasi rəqibi ilə bölüşsün?
Tarixən işğal, şovunizm, qəsb, başqa Xalqların təbii sərvətlərini mənimsəmə və s. kimi formalaşmış rus şovunizmi...
Ukraynanı sizə yox, sizi Ukraynaya verəcəyik!
Bunlar hele de içkiden ayıla bilmirler ki,anlasınlar görsğnler etrafda ne baş verir.Bunlar heç neyi ayıq başla etmirler ona göre de bu millet bu bedbext durumdadır bütün dünyanı özüne düşmen edib üstüne qaldırıb ve çetin ki bu Ukraynayaqalib gele.