Amerikanın BƏƏ-dəki "Əl-Minhad" bazası İran ordusunun dron hücumuna məruz qalıb.
"Report" "Tasnim"ə istinadən xəbər verir ki, hücum ABŞ-nin Larak adasına hava zərbələrinə cavab olaraq həyata keçirilib.
"BƏƏ-nin "Əl-Minhad" bazasında Amerika ordusunun helikopterləri və qüvvələrinin yerləşdiyi məkanlara onlarla PUA buraxılıb", - məlumatda bildirilib.
Xatırladaq ki, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-nin İordaniyadakı bazasına hücum edib.

Şərhlər