Türkiyə NASA-nın "Artemis Sazişləri"nə qoşulub.

"Report" bu barədə "Türkiye" qəzetinə istinadən xəbər verir.

Məlumata görə, müvafiq sənəd Vaşinqtondakı NASA baş qərargahında Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kacır tərəfindən imzalanıb. Beləliklə, Türkiyə sözügedən proqrama qoşulan 71-ci ölkə olub.

"Artemis Sazişləri" 2020-ci ildə NASA və ABŞ Dövlət Departamentinin təşəbbüsü ilə yaradılmış kosmosda mülki və dinc fəaliyyət üçün prinsiplər toplusudur. Ölkələr bu sənədi imzalayaraq Ay və digər kosmik cisimlərin araşdırılmasında müəyyən davranış və əməkdaşlıq prinsiplərinə riayət etməyi öhdələrinə götürürlər.