Gəncə şəhərinin Fikrət Əmirov Parkında ağaclar mişarla məhv edilir”. 

"AzPolitika" xəbər verir ki, bu barədə “Qafqazinfo”ya Gəncə şəhər sakini Ofeliya Davudqızı müraciət edib. 

Vətəndaşın iddialarına görə, parkın müxtəlif hissələrində 12 ağac kəsilib: “Müvafiq qurumlara müraciət etsək də, buna göz yumulur. Diqqətçəkən məqam odur ki, ərazidə əsasən yaşıl və sağlam ağaclar kəsilib. Bu isə ictimaiyyətdə ciddi suallar doğurur”.

Şikayətçi qeyd edib ki, bunun hansı əsasla həyata keçirildiyi məlum deyil:Ekologiyanın qorunmasının prioritet elan olunduğu bir dövrdə Gəncə şəhərində ən böyük parkın ərazisində yaşıllıqların bu şəkildə məhv edilməsi narahatlıq doğurur. Hadisənin hansı əsasla həyata keçirildiyi, ağacların kəsilməsi üçün müvafiq icazənin olub-olmaması isə bəlli deyil”. 

Məsələ ilə bağlı Gəncə Şəhər İcra Hakimiyyətinə sorğu ünvanlanıb. Cavab olaraq bildirilib ki, ərazidən götürülən ağaclar bioloji inkişafını başa vurub: Ağacların götürülməsi müvafiq qurumun icazəsi əsasında həyata keçirilib. Eyni zamanda, ərazinin yaşıllaşdırılması istiqamətində işlər davam etdirilərək mövsümündə yeni ağaclar əkiləcək”.