Respublikaçıların bir qismi ABŞ Prezidenti Donald Trampın qeyri-müəyyənliyi və qətiyyətsizliyindən narazıdır.
“AzPolitika” xəbər verir ki, bu barədə “Politico” nəşri partiyadakı mənbələrə istinadla məlumat yayıb.
Məlumatda deyilir ki, partiya yoldaşları Trampın xüsusilə də İrana qarşı daim dəyişən siyasətinə etiraz edirlər. Mənbələrdən biri qeyd edib ki, ABŞ-nin keçmiş prezidenti Duayt Eyzenhauer hazırkı qeyri-müəyyən siyasətdən xəbər tutsaydı, “məzarında fırlanardı”.
“Hər şey plansız başladı, plansız davam etdi və əsasən siyasi konyukturayla müəyyən edilir. Buna görə də biz bu ağılsız vəziyyəti görürük: biz(İrana) giririk, çıxırıq, qayıdırıq, yenidən çıxırıq, bombalayırıq, sonra bombalamırıq… Tvitlər vasitəsilə danışıqları nəzərdə tuturam — Eyzenhauer bunu görsəydi məzarında fırlanardı”, - keçmiş prezident Corc Buş administrasiyasının adı açıqlanmayan rəsmisi bildirib.
Trampın qətiyyətsizliyi, xüsusən də qarşıdan gələn aralıq konqres seçkiləri fonunda respublikaçıları narahat edir. Mənbələrə görə, partiyadakı hər iki qanad - Yaxın Şərqdə gərginliyin artmasına dəstək verənlər də, bunun əleyhinə olanlar da narazıdır.
Xatırladaq ki, Duayt Eyzenhauer 1953-cü ildən 1961-ci ilə qədər ABŞ-nin 34-cü prezidenti olub. Bu Respublikaçı prezidentin dövründə 1957-ci ildə Eyzenhauer Doktrinası qəbul edilib və orada Vaşinqton Yaxın Şərq ölkələrinə iqtisadi və hərbi yardım vəd edib.
“AzPolitika.info”

Şərhlər