Menu

Türkiyə-Rusiya zirvə görüşü: Ərdoğan yeni atom stansiyalarının açılışını elan etdi

01.09.2026, 18:35
Türkiyə-Rusiya zirvə görüşü: Ərdoğan yeni atom stansiyalarının açılışını elan etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qırğızıstanın paytaxtı Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) zirvə görüşü çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə görüşüb.

"AzPolitika" xəbər verir ki, görüşdən əvvəl hər iki lider mediaya açıqlamalar verib.

Ərdoğan görüş zamanı Türkiyə-Rusiya münasibətlərində mühüm yer tutan Akkuyu Atom Elektrik Stansiyasının əhəmiyyətini vurğulayıb. O bildirib ki, stansiya hazırda tamamlanma mərhələsindədir.

“Akkuyu Atom Elektrik Stansiyasının açılışı ilə birlikdə yeni bəzi stansiyaların açılışı ilə bağlı addımları da yenə birlikdə atacağıq”, – deyə Türkiyə Prezidenti qeyd edib.

Beləliklə, Ankara Akkuyu ilə yanaşı bir sıra yeni atom elektrik stansiyalarının açılışını da planlaşdırır və bu sahədə Rusiya ilə əməkdaşlığı davam etdirəcəyini bəyan edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol