Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanın Rusiya ilə münasibətlərin daha da dərinləşdirilməsində və inkişafında maraqlı olduğunu bildirib, lakin onun fikrincə, regiondakı yeni reallıqlar nəzərə alınmaqla İrəvan və Moskva münasibətlərinə "yeni baxış" lazımdır.

"AzPolitika" "Report"a istinadla xəbər verir ki, o bu barədə Bişkekdə Rusiya Prezidenti Vladimir Putinlə görüşdə bildirib.

Paşinyanın sözlərinə görə, son illər regionda və Ermənistan ətrafında vəziyyət dəyişib, buna görə də iki ölkə arasındakı münasibətlərə yeni reallıqlar nəzərə alınmaqla baxılmalıdır.

"Münaqişə şəraitində Rusiya və Ermənistan arasındakı münasibətlər başqa məna daşıyırdı, indi isə, regionda sülh bərqərar olanda, bizə elə gəlir ki, vəziyyətə artıq yeni baxışla baxmaq lazımdır", - Baş nazir bildirib.

O, belə bir yanaşmanın Ermənistan və Rusiya arasındakı münasibətlərin gələcək inkişafına kömək edəcəyini qeyd edib.