ABŞ ordusunun hücumlarına cavab olaraq İranın mərkəzi hissəsindən Amerikanın bölgədəki bazalarına raketlər buraxılıb.

Bu barədə İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) "Telegram" kanalında məlumat yayıb.

Hücumun təfərrüatları barədə məlumat verilməyib.

Daha əvvəl İranın "Xatəm əl-Ənbiya" Hərbi Komandanlığı da ABŞ-ni cavab zərbəsi ilə hədələyib. /"Report"