Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə bağlı açıqlamalarına münasibət bildirib.
"AzPolitika" APA-ya istinadla xəbər verir ki, Putin bu barədə Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) yubiley sammitindən sonra keçirilən mətbuat konfransında danışıb.
“Yaxın keçmişi qurdalamaq istəmirəm, amma hər şey Qarabağ problemindən başladı”, – deyə Rusiya Prezidenti bildirib.
Putinin sözlərinə görə, Ermənistan rəhbərliyi Praqada müvafiq sənədi imzalayaraq Qarabağın Azərbaycan ərazisi olduğunu tanıyıb.
“Bu andan etibarən bizim bu məsələ ilə bağlı mövqeyimiz ikili xarakter almağa başladı. Biz Azərbaycanın daxili siyasi işlərinə qarışmalı idik? Qərb, Avropa ölkələri – hamısı Qarabağın Azərbaycanın bir hissəsi olduğunu deyirdi”, – deyə Putin vurğulayıb.
Rusiya Prezidenti qeyd edib ki, hadisələrin bu cür inkişafının və Ermənistan rəhbərliyinin məlum qərarının müsbət tərəfləri də var.
“Səhifəni çevirib irəli getmək olar. Artıq bu münaqişələr olmadan insanları yeni yaşayış yerlərində yerləşdirmək, infrastrukturu blokadadan çıxarmaq, iqtisadiyyatda yeni həyata başlamaq, investisiyalar üçün sərhədləri açmaq və sair. Əslində, müsbət məqamlar az deyil”, – deyə Putin bildirib.
Putin, həmçinin Paşinyanı Moskvaya dəvət etdiyini və onunla Ermənistanın Avrasiya İqtisadi İttifaqındakı gələcəyi ilə bağlı ətraflı müzakirələr aparacağını söyləyib.


Şərhlər
RF lideri ötəri də olsa, Azərbaycana qarşı konstitusiyalara zidd, ədalətsiz münasibəti-33 illik cinayətləri etiraf etdi. Qalır ki, Azərbaycan hüquqi RF arxiv və hüquq orqanları ilə dəqiq təhqiq edib, mühakimələrə təqdim etsin? Digər halda gələcək nəsi bə dünnya tarixçiləri 1987-1991 və 1992-2023cü il tarixi siyasətini heç cürə anlamazlar?
Yazdığım halda şərh niyə silindi?