Menu

ANAMA və ASEAN arasında memorandum imzalandı

02.09.2026, 13:56
ANAMA və ASEAN arasında memorandum imzalandı

Bakıda Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) ilə ASEAN Regional Minatəmizləmə Mərkəzi (ARMAC) arasında Anlaşma Memorandumunun imzalanma mərasimi keçirilib.

"AzPolitika" xəbər verir ki, sənəd 4-cü Beynəlxalq Minatəmizləmə Konfransı çərçivəsində imzalanıb.

Sənədi ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanov və ARMAC-ın icraçı direktoru Rotna Buz imzalayıblar.

Memorandum minatəmizləmə fəaliyyəti sahəsində mütəxəssislərin hazırlanması, potensialın gücləndirilməsi və texniki biliklərin mübadiləsi üzrə əməkdaşlığı nəzərdə tutur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol