Rusiyanın Ukraynanın Dnepropetrovsk vilayətinə endirdiyi zərbələr nəticəsində ölən və yaralananlar var.

Bu barədə vilayət hərbi administrasiyasının rəhbəri Aleksandr Qanja "Telegram" kanalında bildirib.

Onun sözlərinə görə, Rusiya qoşunları axşam saatlarında vilayətin altı rayonuna pilotsuz uçuş aparatları, artilleriya və aviabombalarla zərbələr endirib.

"Dneprdə təhsil müəssisələri, çoxmənzilli binalar, ərzaq anbarı, avtomobillər zədələnib. 2 nəfər həlak olub. 9 nəfər xəsarət alıb", – o yazıb.

Qanja qeyd edib ki, zərbələr həmçinin Nikopol, Sinelnikov, Krivoy Roq, Samarov, Kamensk rayonlarına da endirilib, orada infrastruktur, fərdi evlər zədələnib, 2 nəfər ölüb.