Azərbaycan hazırda Milli Hidrogen Strategiyasının həyata keçirilməsi planının hazırlanması ilə məşğuldur.
"AzPolitika" xəbər verir ki, bunu Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin Hidrogen və yaşıl texnologiyalar şöbəsinin müdiri Fuad Müştaqov "Azərbaycanda infrastrukturun inkişafı, elektromobillik və bərpa olunan enerjinin saxlanılması üçün həllər" adlı vebinarda deyib.
"Hazırkı mərhələdə Azərbaycan bu planı hazırlayır, Norveçin "DNV Energy Systems" şirkəti isə onun formalaşdırılması məqsədilə müvafiq tədqiqat həyata keçirir. Plan 9 əsas istiqaməti əhatə edir. Buraya o cümlədən maraqlı tərəflərlə qarşılıqlı əlaqə, normativ-hüquqi baza və kommersiya şərtləri, həmçinin bazarın tənzimlənməsi, ictimai infrastruktura tələbləri, əlavə dəyərin yaradılması və səriştələrin artırılması, hidrogen klasterlərinin formalaşdırılması və hidrogen törəmələrinin istehsalı, konkret fəaliyyətlərin aydın proqramı daxildir. Əsas məqsəd strateji niyyətdən onun praktiki həyata keçirilməsinə keçiddən ibarətdir", - o qeyd edib.

Şərhlər