ABŞ-nin Sirikdə toy mərasiminə hücumu nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb.
IRIB xəbər verir ki, bu barədə Hürmüzqan Tibb Elmləri Universiteti məlumat yayıb.
"22 yaşlı Asiyə Mollayinejad bu gün günortadan sonra aldığı xəsarətlərin ağırlığından həlak olub və beləliklə, ölənlərin sayı 5 nəfərə çatıb", - məlumatda bildirilib və əlavə edilib ki, 70 nəfər yaralanıb, onlardan çoxu artıq evə buraxılıb, lakin ağır vəziyyətdə olanlar da var.
Bu səbəbdən ölü sayının artacağı istisna olunmur.
Xatırladaq ki, İranın səhiyyə naziri Məhəmmədrza Zəfərqəndi ABŞ-nin Hörmüz boğazındakı mövqelərə endirdiyi zərbələr nəticəsində 18 nəfərin öldüyünü, 100-dən çox insanın yaralandığını bild

Şərhlər