Rusiya prezidenti Vladimir Putinin ABŞ prezidentinin xüsusi elçiləri Stiv Uitkoff və Cared Kuşnerlə görüşü başlayıb.

Görüş Kremldə keçirilir.

Rusiya tərəfdən görüşdə prezidentin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov və xüsusi nümayəndəsi Kirill Dmitriyev iştirak edir.

Kremlin mətbuat xidməti görüşün görüntülərini yayıb.

Putin amerikalı danışıqçılarla görüşdə müzakirə edəcəyi vəziyyəti mürəkkəb adlandırıb. /Apa