Menu

İsrail Livanı yenə bombaladı - Ölən və yaralananlar var

06.09.2026, 12:36
İsrail Livanı yenə bombaladı - Ölən və yaralananlar var

İsrailin Livanın cənubundakı yaşayış məntəqələrinə aviazərbələri nəticəsində dörd nəfər ölüb, 20 nəfər yaralanıb.

Bu barədə Livan Səhiyyə Nazirliyinin bəyanatında deyilir.

Qeyd olunub ki, zərbələr İsrail Müdafiə Qüvvələri (İMQ) tərəfindən ölkənin cənubundakı Nəbatiyə rayonu, Ərəb-Səlim və Ruman kəndlərinə endirilib. İsrailin hücumları nəticəsində həmçinin Nəbatiyə əl-Faukadakı Qandur xəstəxanası da dağıdılıb.

İMQ-dən bildirilib ki, aviazərbələr "Hizbullah"ın Livanın cənubunda ehtimal edilən dron hücumuna cavabdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol