Bu barədə "Azərişıq" ASC məlumat yayıb.

Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində yerləşən Transformator Məntəqəsində (TM) təmir işləri aparılacaq. Görüləcək işlərlə əlaqədar saat 10:00-dan 13:00-dək Abbas Mirzə Şərifzadə, Abdulla Şaiq, Azad Mirzəyev, Məhəmməd Xiyabani, 7-ci Sallaqxana, Tağı Şahbazi küçələrinin bir hissəsində elekrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.

Təmir işləri yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.