Menu

Gürcüstanda Azərbaycan vətəndaşı itkin düşüb

07.09.2026, 21:29
Gürcüstanda Azərbaycan vətəndaşı itkin düşüb

Azərbaycan vətəndaşı Hafiz Süleymanov Gürcüstanda itkin düşüb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Acarıstanın “Batumelebi” nəşri yazıb.

Qohumu nəşrə bildirib ki, Hafiz Süleymanov quru sərhədlə Türkiyədən Gürcüstana keçib və avqustun 28-dən etibarən onunla əlaqə saxlamaq mümkün deyil.

Gürcüstanın Daxili İşlər Nazirliyindən “Batumelebi” nəşrinə bildirilib ki, itkin düşmüş Azərbaycan vətəndaşı ilə bağlı axtarış tədbirləri həyata keçirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol