Menu

“Qarabağ” Mateuş Koxalski ilə vidalaşdı – Yeni ünvanı bəlli oldu

08.09.2026, 15:29
“Qarabağ” Mateuş Koxalski ilə vidalaşdı – Yeni ünvanı bəlli oldu

"Qarabağ" polşalı qapıçısı Mateuş Koxalski ilə vidalaşıb.

"AzPolitika" xəbər verir ki, klubdan verilən məlumata görə, "köhlən atlar" Polşanın "Vyeçista" klubunun təklifini və futbolçunun istəyini müsbət cavablandırıb.

Komandalar arasında aparılan danışıqlar uğurla yekunlaşıb və qapıçının transferi ilə bağlı razılıq əldə olunub.

2024-cü ilin yayında "Qarabağ"a keçən polşalı qapıçı bu müddətdə 76 oyun keçirib. O, Ağdam təmsilçisi ilə birlikdə Azərbaycan çempionu olub (2024/25), UEFA Çempionlar Liqasının 1/8 finala vəsiqə uğrunda pley-offuna qədər irəliləyib və turnirdəki 40 seyvlə "Top-3"də qərarlaşıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol