Menu

"İran ordusu Amerikanın bölgədəki bazalarını hədəf alacaq" - Qərargah

08.09.2026, 23:12
"İran ordusu Amerikanın bölgədəki bazalarını hədəf alacaq" - Qərargah

İran ordusu Amerikanın Yaxın Şərqdəki hərbi bazalarını hədəf ala bilər.

"AzPolitika" "Report"a istinadla xəbər verir ki, bu barədə İranın "Xatəm əl-Ənbiya" hərbi komandanlığının mərkəzi qərargahı bəyanat yayıb.

"Amerika ordusu İranın üç neft tankerini hədəfə alacağı ilə hədələyib", - bəyanatda bildirilib.

Qeyd olunub ki, İran gəmilərinə qarşı hər hansı hücum baş verərsə, ABŞ cavab atəşi ilə üzləşəcək:

"İran İslam Respublikasının Silahlı Qüvvələri Amerikanın bölgədəki bazalarını və maraqlarını şiddətlə hədəfə alacaq".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol