Böyük Britaniya hakimiyyəti sentyabrın 8-də İordan çayının qərb sahilindəki İsrail yaşayış məntəqələrində istehsal olunan mallara sanksiya qoyub. Britaniyanın xarici işlər naziri Ed Miliband İcmalar Palatasındakı çıxışında məskunlaşanların hərəkətlərini kəskin pisləyərək, onların bir sıra bölgələrdə fələstinli əhaliyə qarşı "etnik təmizləmə" apardıqlarını bəyan edib.
Böyük Britaniyanın bu bəyanatına 11 ölkə - Kanadanın, İslandiya, Norveç, eləcə də Aİ üvlərindən Danimarka, Finlandiya, Fransa, İrlandiya, Polşa, Portuqaliya, İspaniya və İsveç qoşulub. Lakin bir sıra üzv dövlətlərin qarşı çıxması səbəbindən sanksiyalar Avropa İttifaqı səviyyəsində tətbiq olunmayacaq; ölkələr fərdi qaydada məhdudiyyətlər tətbiq edə biləcəklər.
İsrail buna cavab olaraq Britaniyanın addımını pisləyib, Qüdsdəki Britaniya konsulluğunun bağlanacağını və adekvat tədbirlər görüləcəyini açıqlayıb. İsrail Prezidenti İshak Hersoq rəsmi Londonun "tarixin yanlış tərəfində" yer aldığını bildirib,
Ed Miliband çıxışında İordan çayının qərb sahilinin işğalını "qanunsuz" adlandırsa da, tənqidlərin bilavasitə Binyamin Netanyahunun hökumətinə yönəldiyini və Londonun İki dövlət prinsipinə sadiq qaldığını qeyd edib. Britaniyanın Baş naziri Endi Bernem isə vurğulayıb ki, sanksiyalar İsrail xalqına deyil, hökumətin siyasətini dəyişməyə yönəlib. ABŞ-nin Dövlət katibi Marko Rubio Vaşinqtonun bu sanksiyalara qoşulmayacağını bəyan edib.
Yaşayış məntəqələrində əsasən kənd təsərrüfatı məhsulları istehsal olunduğundan və ixrac həcmi kiçik olduğundan, sanksiyalar daha çox simvolik xarakter daşıyır. Bununla belə, qərar İsraildəki seçki kampaniyası və Qəzza zolağındakı münaqişə fonunda beynəlxalq gərginliyi daha da artırıb.
“AzPolitika.info”


Şərhlər