Lənkəranda qanunsuz tibbi xidmət göstərilən müəssisə cərimələnib.
Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi Lənkəran şəhərindəki tibb xidməti göstərən müəssisədə plandankənar yoxlama keçirib. Nəticədə müəssisədə lisenziyadan kənar iş fəaliyyəti, tibbi təhsili olmayan şəxslərin tibb fəaliyyətinə buraxılması faktı aşkarlanıb.
Faktla bağlı müvafiq maddə ilə protokol tərtib olunub.
Məhkəmənin qərarı ilə həmin obyektin məxsus olduğu MMC 6 min manat məbləğində inzibati qaydada cərimələnib. /Lent.az


Şərhlər