"Xan evi" binası 1913-cü ildə Xan vərəsəsi olan Mirəhməd Xan tərəfindən həyat yoldaşı Tuğra xanımın şərəfinə ucaldılıb. Tuğra xanım Qafqazda gözəllik müsabiqəsində birinci yeri tutduğuna görə həyat yoldaşı tərəfindən bu bina ona hədiyyə olunub.
"AzPolitika" xəbər verir ki, bunu fəsəfə doktoru Leyla Məcidova Dövlət Turizm Agentliyinin Lənkəran şəhərinə təşkil etdiyi mediatur zamanı "Xan evi" haqqında danışarkən deyib.
Onun sözlərinə görə, bina üç ay müddətinə tikilib:
"Fransız ustaları tərəfindən, 39 usta və bir arxitektor tərəfindən həyata keçirilən bu layihə şərq üslubunda üzü dənizə tərəf tikilib. Müsəlmanların adət-ənənəsinə görə tikilən evlər qibləyə tərəf tikilsə də, bu bina üzü dənizə tərəf tikilib".
L.Məcidova bildirib ki, ilk işıqlandırma sistemi də bu binada həyata keçirilib və Lənkəranda ən hündür çoxmərtəbəlisi olub:
"Bu bina üç mərtəbədən ibarətdir. İndiki hündürlüyünə görə, yeni tikililərlə bərabərliyində beş mərtəbə hündürlüyündədir və 12 otaqdan ibarətdir".


Şərhlər