Menu

Fuad Əsgərov: Həyatımı 17 yaşımdan sonra yaşamağa başladım – ONUN HEKAYƏSİ (VİDEO)

11.09.2026, 18:41
Fuad Əsgərov: Həyatımı 17 yaşımdan sonra yaşamağa başladım – ONUN HEKAYƏSİ (VİDEO)

AZƏRTAC “Onun hekayəsi” adlı yeni video layihəyə start verib.

Layihənin əsas məqsədi müxtəlif şəxslərin diqqətçəkən və fərqli həyat hekayələrini təqdim etmək, iradəsi və zəhməti ilə nümunə olan simaları ön plana çıxarmaq, motivasiyaverici mesajlar ötürməkdir.

“Onun hekayəsi”nin ilk qonağı “Qan Donorları Assosiasiyası” İctimai Birliyinin sədri, hemofiliyadan əziyyət çəkən Fuad Əsgərovdur. 43 yaşlı F.Əsgərov əsl həyatını 17 yaşından sonra yaşamağa başladığını bildirib. “Mənim hekayəm faciəvi deyil. Bu, çarpayıda bitməyən, əksinə, o çarpayıda yenidən doğulan bir insanın qalibiyyət hekayəsidir”, - deyə o vurğulayıb.

Ətraflı videomaterialda izləyə bilərsiniz.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol