Menu

Rusiyada dəhşətli yol qəzası - Matəm elan olundu + VİDEO

12.09.2026, 11:20
Rusiyada dəhşətli yol qəzası - Matəm elan olundu + VİDEO

Rusiyanın Arxangelsk vilayətindəki “M-8 Xolmoqorı” şossesində dəhşətli yol qəzası baş verib.

“AzPolitika” Rusiya mediasına istinadla xəbər verir ki, qəzada həlak olanlar üçün vilayətdə 12 sentyabr matəm günü elan edilib. Müvafiq fərmanı vilayət qubernatoru Aleksandr Tsıbulski imzalayıb. Bu gün hökumət binalarındakı bayraqlar yarıya endiriləcək və əyləncə tədbirləri ləğv ediləcək.

Qəza dünən axşam federal şossenin 1180-ci kilometrliyində, Xolmoqorı və Primorsk rayonlarının sərhədində baş verib. Sərnişin mikroavtobusu minik avtomobilini yüksək sürətlə keçərək qarşı zolağa çıxıb və “Kamaz” avtomobili ilə toqquşub. Toqquşmada minik avtomobilindəkilər də zərər görüb. Son məlumatlara görə, ikisi uşaq olmaqla, ümumilikdə 13 nəfər həlak olub. Vilayat Səhiyyə Nazirliyinin məlumatına görə, daha səkkiz yaralı xəstəxanalara aparılıb; bir neçə nəfərin vəziyyəti ağır və ya son dərəcə ağırdır.

İstintaq Komitəsi qəza ilə bağlı cinayət işləri açıb. Regional prokurorluq da araşdırmaya başlayıb.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol