Menu

Pakistan Ermənistana ilk dəfə səfir göndərdi - Cəmi bir il əvvəl diplomatik münasibətlər qurulmuşdu

12.09.2026, 11:35
Pakistan Ermənistana ilk dəfə səfir göndərdi - Cəmi bir il əvvəl diplomatik münasibətlər qurulmuşdu

Pakistanın Ermənistana yeni təyin olunmuş səfiri Şəfqət Əli Xan etimadnaməsini bu ölkənin prezidenti Vaaqn Xaçaturyana təqdim edib.

"AzPolitika" Ermənistan mediasına istinadla xəbər verir ki, Xaçaturyan diplomati yeni vəzifəyə başlaması münasibətilə təbrik edərək ona fəaliyyətində uğurlar arzulayıb və onun Pakistanın Ermənistandakı ilk səfiri olduğunu vurğulayıb.

Qəbula və xoş arzulara görə təşəkkürünü bildirən diplomat iki ölkə arasında münasibətlərin inkişafı üçün var gücü ilə çalışacağını qeyd edib. Görüşdə qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın genişləndirilməsi və yeni tərəfdaşlıq imkanları müzakirə olunub.

Qeyd edək ki, Şəfqət Əli Xan Pakistanın Ermənistandakı ilk səfiridir. İki ölkə arasında diplomatik münasibətlər cəmi bir il əvvəl qurulub.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol