Suriya Prezidenti Əhməd Əl Şaraa Türkiyənin xarici işlər naziri Hakan Fidanı qəbul edib.
Bu barədə Suriyanın Prezident Administrasiyası "X" sosial şəbəkə hesabında məlumat paylaşıb.
Görüş zamanı iki ölkə arasında əlaqələrin gücləndirilməsi yolları müzakirə edilib və regiondakı son hadisələr ətrafında fikir mübadiləsi aparılıb.
Həmçinin ortaq maraqlara xidmət edən, eləcə də bölgədə təhlükəsizlik və sabitliyi dəstəkləyən koordinasiya və məsləhətləşmələrin davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.


Şərhlər