Menu

Lavrov avropalı həmkarları ilə danışıb

08.01.2015, 20:28

Russian FM Lavrov attends news conference in MoscowRusiyanın xarici işlər naziri Sergei Lavrov yanvarın 8-də telefonla Almaniya və Fransalı həmkarları ilə Ukrayna böhranını müzakirə edib.

Məlumata görə, söhbət zamanı sentyabrın 5-də imzalanmış atəşkəs sazişinə əməl olunmasının vacibliyi müzakirə olunub.

Almaniya,Fransa, Ukrayna və Rusiyanın rəsmiləri yanvarın 5-də Berlində münaqişənin həlli yollarını müzakirə ediblər.

Yanvarın 15-də Astanada bu ölkələrin liderləri arasında görüş nəzərdə tutulur.

Ukrayna ilə NATO Rusiyanı Ukraynanın şərqindəki separatçıları dəstəkləməkdəittiham edirlər.

Moskva ittihamı rədd edir. (Azadlıq Radiosu)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol