İran ərazisi üzərində vurulan “F-15E Strike Eagle” qırıcı təyyarəsi pilotunun necə xilas edildiyi barədə ilk dəfə görüntülər yayımlanıb.
“AzPolitika” xəbər verir ki, ABŞ rəsmiləri pilotun axtarışı və xilası üçün aparılan gizli əməliyyatın təfərrüatlarını açıqlayıblar. Pentaqon İran qüvvələrinin axtardığı yaralı pilotun yerini dəqiq izləmək üçün unikal MKİ texnologiyasından istifadə etdiklərini təsdiqləyib.
ABŞ Baş Qərargah rəisi general Den Keyn yayımlanan video görüntüyə münasibət bildirərək xilasetmə helikopterinin qəsdən bulanıq göstərildiyini qeyd edib. O, bulanıq görüntülərin istifadə edilən konkret texnoloji həllərin gizli saxlanılması üçün lazım olduğunu bildirib.
“AzPolitika.info”
— Newsfeed (@Newsfeed883920) September 14, 2026


Şərhlər